İdman şərhçisi faciəli şəkildə öldü
İdman şərhçisi Aleksandr Qrişin dəmir yolu platformasında baş verən qəza nəticəsində dünyasını dəyişib.
Aut.az xəbər verir ki, bu barədə TASS agentliyinə Qrişinin həyat yoldaşı Anastasiya məlumat verib: “O, güclü yağışda dəmir yolu platformasında qəza nəticəsində ölüb”.
Qrişinin 47 yaşı var idi; o, Birinci Kanalda işləyib və Olimpiya Oyunları da daxil olmaqla, fiqurlu konkisürmə turnirlərini şərh edib.
2004-2015-ci illərdə Qrişin “Sport TV” kanalında, 2015-2018-ci illərdə isə “Match TV”-də şərhçi olub. O, bir neçə Olimpiya Oyunlarında, Futbol üzrə Dünya və Avropa çempionatlarının oyunlarında, Fiqurlu konkisürmə üzrə Dünya və Avropa çempionatlarında işləyib. 2018-ci ildən Birinci Kanalda çalışırdı.
Aut.az
