Saynsdan “Rassel “Mercedes”dən ayrılır” xəbərinə reaksiya
“Uilyams”ın ispaniyalı sürücüsü Karlos Sayns Corc Rasselin “Mercedes”i tərk edəcəyi ilə bağlı şayiələrə münasibət bildirib.
Aut.az xəbər verir ki, bəzi insayderlər bundan əvvəl Maks Ferstappenin gələcəyi təqdirdə, britaniyalının Almaniya komandasını tərk edə biləcəyini bildirmişdilər.
“Sürücü üçün ideal vəziyyət deyil. Biz hamımız bunun bizə təsir etdiyini gizlətməyə və bundan qaçmaq üçün bəzi işlər görməyə çalışırıq. Mən hələ də inanıram ki, bütün səs-küyə baxmayaraq, çox güclü bir mövsüm keçirmək mümkündür. Amma eyni zamanda, bu, ideal vəziyyət deyil. Bu, sürücü üçün, komanda üçün səs-küydür. Bu, mühəndislər üçün səs-küydür”, – Sayns deyib.
Aut.az
