Məşhur brend ilk dəfə öz yarış avtomobilini trasa çıxardı – VİDEO
Formula 1 komandası “Audi” “Sauber”i öz tərkibinə qatdıqdan sonra ilk dəfə öz bolidi ilə tras üzərinə çıxıb.
Aut.az xəbər veirr ki, bu barədə bloqer “RobertoF1” məlumat verib.
Hadisə İspaniyanın “Circuit de Catalunya” trasında baş tutub. Audi-nin yeni bolidinin testlərində komandanın hər iki pilotu Qabriel Bortoleto və Niko Hülkenberq iştirak edib.
Yanvarın sonunda Barselonada 11 komandanın iştirakı ilə qeyri-rəsmi test həftəsi keçiriləcək, ardından isə fevralda Bəhreyn trasında iki tam mövsümöncəsi test sessiyası olacaq.
Qeyd edək ki, 2026-cı mövsümdən etibarən “Sauber” komandası “Audi” adı altında çıxış edəcək.
Aut.az
La prima monoposto 2026 e’ Audi che sta girando al Montmelo’. #F1 #AudiF1 #ShakeDown pic.twitter.com/5sNcSE2Bx9
— RobertoF1 (@robertofunoat) January 9, 2026
