Formula 1

Yaxın günlərdə körpə doğulacaq: Belə qeyd etdilər – FOTO

Dördqat Formula 1 çempionu, “Red Bull” pilotu Maks Ferstappenin sevgilisi Kelli Pike övladının qarşıdan gələn doğumunu qeyd etmək üçün təşkil edilən əyləncə gecəsindən fotoları sosial şəbəkədə yerləşdirib.

Aut.az xəbər verir ki, Kellinin izləyiciləri fotoda körpənin cinsinə dair işarənin olduğunu müşahidə ediblər. Məclisdəki bəzəklər çəhrayı rəngdə olub, bu da Ferstappen və Kellinin qız övladı olacağına işarə hesab edilir.

Maks Ferstappenin fevralın sonu və ya martın əvvəlində ata olacağı bildirilir.

Xatırladaq ki, Ferstappen dekabrın 6-da Əbu-Dabidə ata olmağa hazırlaşdığını açıqlamışdı.

Aut.az

Yaxın günlərdə körpə doğulacaq: Belə qeyd etdilər – FOTO

Yaxın günlərdə körpə doğulacaq: Belə qeyd etdilər – FOTO