Dünya çempionunu çoban iti dişlədi
Dördqat dünya çempionu Emil İversen gözlənilməz xəsarət alıb.
Aut.az xəbər verir ki, xizəkçini it dişləyib. 33 yaşlı İverseni alman çoban dişləyib. Bu barədə o, “Adresseavisen” nəşrinə məlumat verib.
“Mən hündürlükdə təlim-məşq toplanışından sonra formamı yoxlamaq üçün qaçmağa çıxdım və başıma belə bir hadisə gəldi”, – İversen deyib.
Dünya çempionu təcili yardıma müraciət etməli olub.
“Yaramı müayinə etmək üçün ora getmişdim. Xoşbəxtlikdən çox dərin deyildi. Tikiş atmağa ehtiyac olmadı, amma dərman qəbul etməyə başladım”, – o əlavə edib.
Emil İversen həm də 2022-ci il Olimpiya oyunlarının estafetinin gümüş mükafatçısıdır.
Aut.az
