Digər

Müğənniyə çılpaq şəkillər göndərdiyi iddia edilən Makqreqor paylaşım etdi

İki çəki dərəcəsində keçmiş UFC çempionu Konor Makqreqor onunla bağlı intim qalmaqaldan sonra ilk dəfə danışıb.

Xatırladaq ki, Makqreqor çılpaq fotolarını amerikalı rep ifaçısı Azealia Banksa göndərib və o, həmin şəkilləri ictimailəşdirərək döyüşçünü ələ salıb.

Aut.az xəbər verir ki, İrlandiya prezidentliyinə namizədliyini irəli sürmək niyyətindən danışan Makqreqor israr edir ki, onun haqqında yayılan qalmaqallı məlumatlar sadəcə olaraq ölkə sakinlərinin diqqətini real problemlərdən yayındırmaq üçün bir vasitədir.

“Ölkəmizi qarət edərkən diqqətinizi yayındırmalarına icazə verməyin!”, – irlandiyalı sosial şəbəkədə yazıb.

Aut.az