Digər

Bukmeker kontoru Zelenskini məhkəməyə verdi

“Parimatch” bukmeker kontoru Ukrayna prezident Vladimir Zelenskini məhkəməyə verib.

Aut.az xəbər verir ki, kontor 2023-cü ilin martında Zelenski tərəfindən şirkətə qarşı tətbiq edilən sanksiyaların ləğvini tələb edir.

Qərarda bildirilir ki, “PariMatch” ticarət nişanının qeydiyyata alındığı Kiprin “Weplay Media Holding Limited” şirkəti prezident Zelenskinin 10 mart 2023-cü il tarixli fərmanının tətbiqi ilə bağlı birinci instansiya məhkəməsi kimi Ali Məhkəməyə müraciət edib.

İddia ərizəsində şirkət qeyd edib ki, Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı işğalından sonra “Parimatch” Rusiya Federasiyasının sakinləri ilə hər hansı əməkdaşlığı dayandırıb.

Ona görə də, Zelenskidən tələb edilir ki, şirkətə qarşı tətbiq edilmiş sanksiyanı ləğv etsin.

Aut.az