ABŞ-da buna ümid edirlər: Həbib atasının vəsiyyətini məhəl qoymasa…
Məşhur amerikalı MMA analitiki Brayan Kempbell İslam Maxaçovun bu ilin aprelində keçirilməsi planlaşdırılan UFC 300 yubiley turnirində iştirak etməyəcəyindən məyus olduğunu bildirib.
Aut.az xəbər verir ki, bundan əvvəl Maxaçev iyunun 8-də UFC turnirində amerikalı Castin Qetciyə qarşı döyüşmək niyyətindən danışmışdı.
“Mən UFC 300 üçün çox güclü bir heyət gözləyirəm, lakin yarışın tarixi nə qədər yaxınlaşsa, bir o qədər problem və narahatlıqlarımız olur. İslam Maxaçev və Şarl Oliveyranı bu turnirdə görəcəyimi çox gözləyirdim. Amma mənə Ramazan ayını xatırlatdılar və İslamın özü zədəli kimi görünür, ona görə də döyüş üçün başqa tarixlər düşünür.
UFC 100-də ulduzları toplamışdıq, elə UFC 200-də də ulduz seli vardı. Bu dəfə nə olacaq. Yalnız Həbib mərhum atasının vəsiyyətinə əməl etməsə, nə isə ola bilər”, – Kempbell “From The Stands” YouTube kanalında deyib.
İslam Maxaçev yüngül çəkidə UFC dünya çempionudur. Həbib Nurməhəmmədov 2020-ci ilin oktyabrında atası koronovirusdan vəfat etdiyi üçün MMA-da karyerasını bitirib.
Aut.az
