“Milan” onu bu qiymətə ərəblərə satdı – FOTO
Teo Hernandes “Milan”ı tərk edib.
Aut.az xəbər verir ki, “Əl-Hilal” müdafiəçini aldığını açıqlayıb.
Fransa millisinin futbolçusu ilə müqavilə 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
Fabritsio Romanonun sözlərinə görə, “Milan” 25 milyon avro alacaq.
Ernandes “rossoneri”nin heyətində A Seriyasında 195 oyun keçirib, 26 məhsuldar ötürmə edib və 31 qol vurub.

