Dünya futbolu

Havayı buraxmışdılar, indi 6 milyon verməlidirlər ki…

PSJ sabiq futbolçusu Xavi Simonsu geri qaytarmaq istəyir.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat verib. Bildirilir ki, Paris nəhəngi bunun üçün 6 milyon avro ödəməli olacaq.

“Əlbəttə, PSJ Xavi Simonsu almaq istəyir. Bunun üçün cəmi 6 milyon avro lazımdır. Bunu etməmək dəlilik olardı. Ancaq gələcəkdə onun başına nə gələcəyinə yalnız Xavi qərar verə bilər. Bu, zəmanətlərdən və layihədən asılı olacaq.

Bənd yalnız iyul ayının 1-dən 31-ə qədər aktivləşdirilə bilər. “Mançester Yunayted”, “Arsenal”, “Brayton”, “Tottenhem”, “Borussiya Dortmund” və “Leyptsiq” də futbolçu ilə maraqlanır”, – jurnalist sosial şəbəkə hesabında yazıb.

Xavi Simons PSV-də əla mövsüm keçirib. O, 48 matçda 22 qol vurub və 12 məhsuldar ötürmə edib. Qeyd edək ki, 20 yaşlı niderlandlı futbolçu PSJ-ni ötən mövsüm havayı tərk etmişdi.

Aut.az