Dünya futbolu

Belqrad nəhəngi görün kimə tapşırıldı

Savo Miloşeviç “Partizan”ın yeni baş məşqçisi təyin olunub.

Aut.az xəbər verir ki, bu barədə klubun saytında məlumat verilib.

51 yaşlı mütəxəssis 2023-cü ilin sentyabrından 2024-cü ilin aprelinə qədər rəhbərlik etdiyi Bosniya və Herseqovina millisindən ayrıldıqdan sonra işsiz idi.

“Partizan”da Miloşeviç Belqrad komandası ilə 3 aydan az müddətdə işləmiş Aleksandar Stanojeviçi əvəz edib.

Serbiya çempionatında “Partizan” 7 oyunda 11 xal toplayaraq 9-cu pillədə qərarlaşıb.

Miloşeviç artıq 2019-2020-ci illərdə “Partizan”a rəhbərlik edib.

Futbolçu kimi Miloşeviç “Aston Villa”, “Osasuna”, “Saraqosa”, “Parma”, “Selta” və “Espanyol”dakı çıxışları ilə tanınır. O, futbolçu karyerasını 2009-cu ildə “Rubin Kazan”da başa vurub.

Aut.az