Enrike narazıdır: Günahkarları açıqladı
PSJ-nin baş məşqçisi Luis Enrike komandasının müdafiə oyunundan narazı qalıb.
Aut.az xəbər verir ki, O, Liqa 1-in “Lion”la keçirilən və 3:2 hesabı ilə başa çatan matçından sonra çıxış edib.
“Müdafiədə daha yaxşı oynamalıyıq. Hər iki buraxılan qolda səhvlərə yol verdik. Sonuncu müdafiə xəttini nə vaxt irəli çıxarmaq lazım olduğunu, nə vaxt yox, başa düşməliyik. Ümumilikdə bu, adətən etmədiyimiz bir səhv idi. Səhv qapıçının oyununda deyil. Günahkar müdafiə xəttini formalaşdıran oyunçulardır. Lazım gələrsə, geriyə qayıtmağı bacarmalıdırlar. Topa sahib olan oyunçuya təzyiq yoxdursa, müdafiə xəttini irəli çıxarmaq olmaz. Bu vəziyyəti fasilədə müzakirə etdik, amma ikinci qolu yenə eyni şəkildə buraxdıq. Bu fərdi səhvləri aradan qaldırmaq lazımdır”, – deyə Enrike bildirib.
Bu görüşdə Paris təmsilçisinin müdafiə xəttini Vilyam Paço, İlya Zabarni, Lukas Ernandes və Uorren Zair-Emeri təşkil edib. Qapıda isə fransız qolkiper Lüka Şevalye yer alıb.
Qeyd edək ki, 12 turdan sonra PSJ 27 xalla Fransa çempionatının turnir cədvəlində birinci yerdə qərarlaşıb.
Aut.az
