Dünya futbolu

Məvacibini vermirlər: Qarşınızda ac məşqçi oturub

Seneqal millisinin baş məşqçisi Aliu Sisse son 6 ayda ona maaş verilməməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

“Biz bu məsələni Seneqal Futbol Federasiyası ilə həll edə bildikmi? “Qarşınızda Seneqal milli komandasına rəhbərlik edən ac bir məşqçi oturub”, – “RMC Sport” Sissedən sitat gətirib.

Xatırladaq ki, bundan əvvəl mətbuatda Seneqal Futbol Federasiyasının millinin baş məşqçisinə maaş verə bilməməsi ilə bağlı məlumat yayılmışdı.

Sisse 2015-ci ildən Seneqal millisini çalışdırır. 2022-ci ildə onun rəhbərliyi altında Seneqal millisi Afrika Millətlər Kubokunun qalibi olub.

Qrup mərhələsinin ilk turunda Sissenin komandası Qambiyaya 3:0 hesabı ilə qalib gəlib.

Aut.az