Ronaldo qol vurdu, unikal göstərici ilə Messini geridə qoydu – VİDEO
Fevralın 17-də “Əl-Nəsr” və “Əl-Fateh” komandaları arasında Səudiyyə Ərəbistanı çempionatının 20-ci turunun oyunu keçirilib.
Aut.az xəbər verir ki, oyun 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Kriştiano Ronaldo ilk dəqiqələrdən meydanda olub. 17-ci dəqiqədə KriRo Sultan Əl-Ghanamın ötürməsindən sonra qol vurub.
Penaltidən vurulan qolları nəzərə almasaq, Ronaldo üçün bu qol 714-cü olub. Bu göstəriciyə görə Kriştiano 713 qolu olan əzəli rəqibi Lionel Messini geridə qoyub.
“Əl-Nəsr” hazırda Səudiyyə Ərəbistanı çempionatının cədvəlində 2-ci yerdədir. Komandanın 49 xalı var və lider “Əl-Hilal”dan (53) 4 xal geri qalır.
Aut.az
Goal no. 2️⃣1️⃣ of the RSL season for @Cristiano! 🎯#yallaRSL pic.twitter.com/Rkm62Qxf1A
— Roshn Saudi League (@SPL_EN) February 17, 2024
