İngiltərə

Mudrik cəzalı olduğu müddətdə “Çelsi”də bu qədər qazana bilər

“Çelsi”nin cinah oyunçusu Mixail Mudrik yaxın zamanda İngiltərə Futbol Assosiasiyası (FA) tərəfindən dopinq işi üzrə rəsmi şəkildə ittiham olunub.

Aut.az xəbər verir ki, bundan əlavə, “The Athletic” nəşri Mudrikin “B” nümunəsinin də müsbət nəticə verdiyini açıqlayıb. Əgər futbolçunun dopinq qəbul etməsi rəsmən təsdiqlənsə, onu 4 ilə qədər diskvalifikasiya gözləyir.

Mudrik bu cəza baş versə belə, “Çelsi”dən maaş almağa davam edəcək. Hesablamalara görə, o, bu müddət ərzində 20 milyon funt sterlinqdən (23360983 avro) bir qədər çox qazanacaq. Bu isə illik 5 milyon funt sterlinq deməkdir.

Qeyd edək ki, bu rəqəmlər Mudrikin mövcud müqaviləsi əsasında maaş almağa davam edəcəyi təqdirdə qüvvədədir. Lakin dopinq təsdiqlənərsə, klubun müqaviləni birtərəfli şəkildə ləğv etmək hüququ da var.

Aut.az