Əsas komandadan uzaqlaşdırıldı
“Mançester Yunayted” cinah oyunçusu Ceydon Sançonun əsas komandadan uzaqlaşdırıldığını rəsmən açıqlayıb.
O, komandadan ayrı məşq edəcək və rəsmi oyunlarda iştirak edə bilməyəcək.
“Qırmızı şeytanlar” bu qərarı intizam səbəblərinə görə verib. Bundan əvvəl Sanço komandanın baş məşqçisi Erik ten Haqı açıq şəkildə tənqid etmişdi.
Bu mövsüm Ceydon Sanço Premyer Liqanın üç oyununda iştirak edib və bu matçlarda ümumilikdə 76 dəqiqə meydanda olub. O, 2021-ci ildən My-də çıxış edir.
Aut.az
