Azərbaycan futbolu

“Qarabağ”dan darmadağın

Bu gün “Qarabağ”ın 2009-ci il təvəllüdlü futbolçulardan ibarət komandası ilə Barselonanın “Marcet” akademiyasında futbolun sirlərinə yiyələnən azərbaycanlı həmyaşıdları arasında yoldaşlıq görüşü keçirilib.

Aut.az xəbər verir ki, qarşılaşma “Sərhədçi” idman kompleksinin stadionunda reallaşıb.

Matçın start fiti 20.00-da səsləndirilib. “Marcet”i təmsil edən komandanı meydana ispan mütəxəssis Karlos Rivero çıxarıb. Qarşılaşma ağdamlıların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, dünən Ağdam təmsilçisinin 2008-ci il doğumlu oyunçulardan ibarət komandası eyni məkanda “Marcet”i 4:0 hesabı ilə məğlub edib.