İngiltərə

“Liverpul” 90 milyonluq müdafiəçini hədəfə aldı

“Liverpul” “Leyptsiq”in və Fransa millisinin müdafiəçisi Kastello Lyukeba ilə maraqlanır.

Aut.az xəbər verir ki, bu barədə “Foot Mercato” məlumat yayıb.

Mersisayd təmsilçisi mərkəz müdafiəçisinin axtarışlarını sürətləndirib. Buna səbəb isə Karrel Kuansanın “Bayer”ə 40 milyon avroya satılmasıdır.

Bununla belə, “Liverpul” bu transfer uğrunda ciddi rəqabətlə üzləşə bilər. Futbolçu ilə “Bayern” və “Tottenhem” də maraqlanır. Bundan əvvəl isə Lyukebanın adı “Mançester Yunayted”, “Çelsi” və “Real”la da yanaşı hallanmışdı.

Mənbənin məlumatına görə, müdafiəçinin müqaviləsindəki sərbəstqalma məbləği 90 milyon avrodur. Amma “Leyptsiq”in onu daha aşağı qiymətə buraxmaq ehtimalı da var.