Salahın bu göstəricidə də İngiltərədə tayı-bərabəri yoxdur
“Liverpul”un hücumçusu Məhəmməd Salahın Avropa Liqasında “Tuluza”ya (5:1) vurduğu qol misirlinin avrokuboklarda 43-cü qolu olub.
Aut.az xəbər verir ki, heç bir futbolçu İngiltərə klubunda bu qədər qol vurmayıb.
Avrokuboklarda bir ingilis klubunda vurulan rekord sayda qolun əvvəlki sahibi Tyerri Anridir – 42.
Reytinq üçüncü yeri 40 qolla “Mançester Siti”nin keçmiş hücumçusu Serxio Aquero tutur.
“Liverpul” oktyabrın 26-da “Tuluza” ilə qarşılaşıb və 5:1 hesabı ilə inamlı qələbə qazanıb. Üç oyundan sonra mersisaydlılar 9 xalla E qrupuna başçılıq edirlər.
Aut.az
