İngiltərə

Lempardı ötdü, Runiyə çatdı

“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne zədə səbəbindən yaranan 155 günlük fasilədən sonra Premyer Liqa matçında meydana çıxıb.

Aut.az xəbər verir ki, belçikalı futbolçu 21-ci turda “Nyukasl”la oyunda əvəzedici kimi meydana çıxıb. O, komandasının qələbəsində (3:2) əsas pay sahibi olub. Qol vurub və məhsuldar ötürmə edib.

De Bruyne Premyer Liqa karyerasında 103-cü asistini edib. Bu göstəriciyə görə o, Frenk Lempardı (102) qabaqlayıb və hazırda tarixdə 3-cü yeri bölüşdüyü Ueyn Runiyə çatıb. Premyer Liqada yalnız Sesk Fabreqas (111) və Rayan Giqqz (162) daha çox məhsuldar ötürmə edib.