İngiltərə

“Şeytanlar”ın “sülh”lə arası yoxdur

“Mançester Yunayted” qeyri-adi uğura imza atıb.

Aut.az xəbər verir ki, “qırmızı şeytanlar” cari mövsümdə İngiltərənin 7 divizionunluq çempionatlarında heç-heçə etməyən yeganə komandadır.

Erik ten Haaqın komandası Premyer Liqada 15 oyun keçirib, 9 dəfə qalib gəlib, 6 görüşdə məğlub olub.

“Mançester Yunayted” son çempionat oyununda “Çelsi”ni 2:1 hesabı ilə məğlub edib.