Mesaj göndərdi: İngiltərə yığmasında işləməyə hazırdır
Tomas Tuxel İngiltərə millisi ilə işləməkdə maraqlıdır.
Aut.az xəbər verir ki, bu barədə nüfuzlu alman insayder Kristian Falk məlumat verib.
Əvvəllər Tuxelin bu gün vəzifəsini tərk edən Qaret Sautqeytin yerinə namizədlərdən biri kimi nəzərdən keçirildiyi bildirilirdi .
Tuxel “Bavariya”dan qovulduqdan sonra karyerasına bir illik fasilə verməyi planlaşdırırdı. Lakin İngiltərə yığması ilə işləmək naminə 50 yaşlı alman planlarını yenidən nəzərdən keçirməyə hazırdır.
Aut.az
