İtaliya

Avropa çempionu “Beşiktaş”ı bu kluba dəyişdi

İtaliya millisinin və “Latsio”nun sabiq kapitanı Çiro İmmobile doğma çempionatına qayıtmaq qərarına gəlib.

Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin sözlərinə görə, 35 yaşlı hücumçu müqaviləsi 2026-cı ilin yayına kimi qüvvədə olan “Beşiktaş”la anlaşmanı vaxtından əvvəl pozmaq üçün razılığa gəlib.

İmmobile yaxın günlərdə “Bolonya” ilə “1+1” illik sistemlə müqavilə imzalayacaq. Onunla birlikdə “Toronto”dan ayrılan daha bir italyan – Federiko Bernardeski ilə birlikdə Vinçenso İtalyanonun başçılıq etdiyi komandaya qoşulacaq.

Qeyd edək ki, Çiro İmmobile “Beşiktaş”a ötən yay transfer olunmuşdu. Türkiyə klubu onun üçün “Latsio”ya 2 milyon avro ödəyib. İmmobile “qara qartallar”ın heyətində 41 matçda 19 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, Çiro İmmobile İtaliya yığması ilə 2020-ci il Avropa çempionatının qalibi olub (turnir pandemiyaya görə 2021-ci ildə keçirilmişdi).

Aut.az