“Liverpul” onun transferini tamamladı: 40 milyona
“Borunmut”un və Macarıstan millisinin sol cinah müdafiəçisi Mils Kerkez karyerasını “Liverpul”da davam etdirəcək.
Aut.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
Mersisayd klubu 21 yaşlı futbolçunun transferi üçün təxminən 40 milyon funt sterlinq ödəməyə razılaşıb. Kerkez yaxın həftədə tibbi müayinədən keçəcək və bundan sonra “Liverpul”la 5 illik müqavilə imzalayacaq.
Gənc futbolçu 2024/25 mövsümündə İngiltərə Premyer Liqasında 38 matçda iştirak edib, 2 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Aut.az
