İngiltərə

İndi də jurnalistləri ittiham etdi: Yalanlar, nağıllar uydurular

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq, mövsümün ilk hissəsində uğursuz nəticələrə görə klubun onu yaxın vaxtlarda qovmağı planlaşdırması ilə bağlı mətbuatda yayılan xəbərlərə cavab verib.

“Mançester Yunayteddə hər şey sakitdir, lakin səs-küy yaradan, nağıllar və yalanlar uyduran jurnalistlərdir. Klubda və komandada hər şey sakitdir, baxmayaraq ki, biz Premyer Liqada 14-cü yerdə olduğumuza görə sevinə bilmərik.

Lakin bizim bir planımız var və bunun uğurlu olacağına əminik”, – Ten Haq deyib.

Yeddi turdan sonra “Mançester Yunayted” cəmi 8 xal toplayıb.

Aut.az