İngiltərə

“Liverpul”un sabiq kapitanı İngiltərəyə qayıdır?

“Liverpul”un keçmiş kapitanı, hazırda “Ayaks”ın futbolçusu olan Cordan Henderson İngiltərəyə qayıda bilər.

Aut.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.

Hazırda Çempionşip cədvəlinə başçılıq edən “Sanderlend” 34 yaşlı yarımmüdafiəçini transfer etmək üzərində işləyir. “Qara pişiklər” futbolçunu yanvarda 2024/25 mövsümünün sonuna qədər icarəyə götürmək istəyir.

Bu mövsüm Henderson “Ayaks”ın heyətində bütün turnirlərdə 12 oyun keçirib, 2 məhsuldar ötürmə edib.

Aut.az