İngiltərə

Premyer Liqa “Siti”ni 2 milyon cərimələdi: Günahların etiraf etdilər

İngiltərə Premyer Liqası rəsmi internet saytında “Mançester Siti”ni matçların vaxtında başlaması və davam etdirilməsi öhdəliyi ilə bağlı turnir reqlamentini pozduğuna görə cərimələdiyini açıqlayıb.

Aut.az xəbər verir ki, “şəhərlilər” keçən mövsüm doqquz dəfə bu qaydalara əməl etməyiblər və buna görə 2,09 milyon funt sterlinq cərimə olunublar.

“Mançester Siti”nin günahını etiraf etdiyi vurğulanır.

“Qaydalar yarışların ən yüksək peşəkar standartlara uyğun təşkil olunmasına kömək edir, azarkeşlərə və iştirakçı klublara inam verir. Onlar həmçinin Premyer Liqanın hər bir matçının planlaşdırıldığı kimi yayımlanmasını təmin edir”, – Premyer Liqanın açıqlamasında deyilir.

Aut.az