İtaliya

Fridkin ailəsinin “Roma” layihəsi: Ranyeri detalları açıqladı

“Roma”nın rəhbərliyinin müşaviri Klaudio Ranyeri klubun sahibləri, amerikalı Fridkin ailəsinin qarşıya qoyduğu hədəflərdən danışıb.

Aut.az xəbər verir ki, Ranyerinin sözlərini “Roma”nın mətbuat xidməti sitat gətirib.

“Roma” layihəsi nə qədər irəli gedə bilər? Düşünürəm ki, klubun sahibləri komandanı Çempionlar Liqasının daimi iştirakçıları kimi görmək istəyirlər və onlar da “Roma”nı çempionluğa çatdırmaq istəyirlər. Bütün bunlar çox vacibdir, ona görə də fəxr etməliyik ki, bu klubun inkişafında iştirak etmişik.

Fridkinlər çox pul xərcləyiblər və daha çox xərcləmək istəyirlər. Təbii ki, onlar maliyyə feyr-pleyi qaydası ilə məhdudlaşırlar, lakin stadion üzərində işləyirlər və bunun nə qədər baha başa gələcəyini bilirsiniz. Sahiblər maksimum istəyir. Onlar “Roma”nı başqa səviyyəyə qaldırmaq istəyirlər”, – romalıların keçmiş məşqçisi deyib.

Aut.az