“Vest Hem” “Nitsa”dan futbolçu aldı: “Barsa” 8 milyon qazandı
“Barselona” mərkəz müdafiəçisi Jan-Kler Todibonun iyunun 6-da rəsmi olaraq elan edilən “Nitsa”dan “Vest Hem”ə transferindən 8 milyon avro qazanacaq.
Aut.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Mənbənin məlumatına görə, London klubu “Barsa”nın keçmiş futbolçusu üçün 40 milyon avro ödəyib. Todibo 2021-ci ildə Kataloniya komandasından “Nitsa”ya keçəndə müqavilənin şərtlərinə görə, müdafiəçinin sonrakı satışından 20%-ni “Barselona” alacaqdı.
Todibo 2024-cü ilin avqustunda “Nitsa”dan icarə əsasında “Vest Hem”ə keçib. O, ötən mövsüm İngiltərə Premyer Liqasında 27 oyuna çıxıb.
Aut.az
