İngiltərəİspaniya

London klubundan “Real”a 100 milyonluq təklif

“Real Madrid”in yarımmüdafiəçisi Aurelien Tçuameni karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Aut.az xəbər verir ki, “Fichajes” 26 yaşlı fransız futbolçunu transfer etmək üçün iki Premyer Liqa klubunun – “Liverpul” və “Tottenhem”in qızğın mübarizə apardığını öyrənib.

Məlumata görə, “Tottenhem” artıq “Real Madrid”ə 100 milyon avroluq təklif göndərib. Tçuameni 2022-ci ildən bəri “Real Madrid”də oynayır və “Monako”dan transfer olunub.

Bu mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 28 oyunda meydana çıxıb və bir məhsuldar ötürmə edib. Onun müqaviləsi 2028-ci ilə qədərdir. “Transfermarkt” mütəxəssisləri onun dəyərini 75 milyon avro olaraq qiymətləndirirlər.

Aut.az