İngiltərə

“Liverpul”un futbolçusu Salahı yaddan çıxardı: “Qızıl top”u ona “verdi”

“Liverpul”un və Fransa millisinin müdafiəçisi İbrahima Konate 2024/25 mövsümünün sonunda “Qızıl top”u kimin qazanacağı haqda fikrini bildirib.

Aut.az xəbər verir ki, Konate komanda yoldaşı, misirli hücumçu Məhəmməd Salahın adını çəkməyib.

“Lamin Yamal, Kilian Mbappe haqqında danışırıq… Amma heç kim Usman Dembele haqqında danışmır. O, müstəsna bir mövsüm keçirdi. Düzünü desəm, bunu təsvir etməyə söz tapmıram. Bunu heç kim gözləmirdi. Onun üçün inanılmaz dərəcədə xoşbəxtəm. Mən səmimi qəlbdən inanıram ki, Uusman Dembele “Qızıl top”a hamıdan çox layiqdir”, – Konate mətbuat konfransında deyib.

Salah “Liverpul”un heyətində bütün yarışlarda 52 oyunda 34 qol vurub və 23 məhsuldar ötürmə ilə Premyer Liqada mövsümün ən yaxşı oyunçusu seçilib. Dembele bütün yarışlarda parislilərin heyətində 49 oyunda 33 qol vurub, 14 məhsuldar ötürmə edib və Liqa 1 və Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu seçilib.

Aut.az