Əfsanə cəzasını çəkdi: Maskot olaraq – FOTOLAR
İngiltərə millisinin sabiq futbolçusu Piter Krauç yarıpeşəkar komandaların oyununda qonaq olub.
Aut.az xəbər verir ki, o, “Farnem Taun” klubunun matçını maskot qismində izləyib. Bu, “Liverpul”un sabiq hücumçusunun Premyer Liqa üzrə fantazi-liqasında sonuncu yeri tutmasına görə aldığı cəza alıb.
44 yaşlı Krauç meydanda oyunçu kimi çıxış etməsə də, onun iştirakı “Farnem”in azarkeş rekordunu qırmasına səbəb olub. Görüşü iki mindən çox tamaşaçı izləyib.
Krauçun gözü qarşısında “Farnem” “Şoling”lə 2:2 hesablı heç-heçə edib. Komanda hazırda İngiltərə futbolunun gücünə görə 7-ci divizionunda 5-ci yerdə qərarlaşıb.
Aut.az


