Mövsümün hücumçusu zədələndi: Durumu…
Portuqaliya çempionatında parlaq mövsüm keçirən və Avropanın aparıcı klublarının maraq dairəsində olan “Sportinq”in və İsveç millisinin hücumçusu Viktor Qyökereş yığmanın düşərgəsində zədələnib.
Aut.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Futbolçu Macarıstan və Əlcəzairə qarşı yoldaşlıq oyunlarına hazırlaşarkən məşqlərdən birini həkimlərin müşahidəsi altında vaxtından əvvəl tərk etməli olub. İsveç millisinin nümayəndələri zədənin “əhəmiyyətsiz” olduğunu bildiriblər, lakin Qyökereşin sağlamlığındakı problemin konkret nə ilə bağlı olduğunu açıqlamayıblar.
Qeyd edək ki, Viktor uzun müddətdir Avropanın aparıcı klublarının transfer hədəfləri arasındadır. Portuqaliya çempionatında keçirdiyi daha bir “partlayışlı” mövsüm isə bu marağı daha da artırıb.2024/25 mövsümündə o, “Sportinq”in heyətində 52 matçda 54 qol vurub və 13 məhsuldar ötürmə edib.
Aut.az
