“Liverpul” “Bayer”ə ikinci təklifi göndərdi: Təkmilləşdirib
“Liverpul” hücumameyilli yarımmüdafiəçi Florian Virts üçün “Bayer”ə 130 milyon avro dəyərində təkmilləşdirilmiş təklif göndərib.
Aut.az xəbər verir ki, bu barədə “The Athletic”dən David Ornşteyn məlumat yayıb.
Mənbənin məlumatına görə, bu, mersisaydlıların 22 yaşlı futbolçunun transferi üçün etdiyi ikinci təklifdir. Bu məbləğə sabit ödənişlərlə yanaşı, mümkün bonusların da daxil olduğu vurğulanır.
Aut.az
