Dzeko ayrılır: İki təklifi var
Məşhur bosniyalı hücumçu Edin Dzeko cari mövsümün sonunda Türkiyənin “Fənərbaxça” klubunu tərk edəcək.
Aut.az xəbər verir ki, bu barədə Oratsio Akkomando məlumat yayıb.
Dzekonun “Fənərbaxça” ilə müqaviləsi bu ilin iyun ayının sonuna qədərdir və uzadılmayacaq. 39 yaşlı veteranın əlində iki təklif var: İtaliyanın “Komo” və Xorvatiyanın “Hayduk Split” klublarından.
Daha əvvəl bildirilmişdi ki, “Fiorentina” Dzekonun xidmətində maraqlıdır . Dzeko artıq 2015-2023-cü illərdə A Seriyasında “Roma” və “İnter”də çıxış edib.
Bosniyalı 2023-cü ilin yayından “Fənərbağça”da çıxış edir. Bu mövsüm bütün turnirlərdə 53 matçda 21 qol vurub, 8 məhsuldar ötürmə edib. “Fənərbağça” artıq növbəti mövsüm üçün yeni forvard axtarır, İstanbul klubu Viktor Osimhenin xidmətində maraqlıdır.
Aut.az
