Benzema Ronaldonu qabaqladı, bu mükafatı qazandı
“Əl-İttihad” klubunun hücumçusu, 2022-ci ilin “Qızıl top” sahibi Karim Benzema Səudiyyə Ərəbistanı çempionatında mövsümün ən yaxşı futbolçusu seçilib.
Aut.az xəbər verir ki, bu barədə Pro Liqanın mətbuat xidməti məlumat yayıb.
Keçirilən səsvermədə 37 yaşlı fransız Kriştiano Ronalduno (“Əl-Nəsr”), Roje İbanyesi (“Əl-Əhli”), Salem əl-Dəvsərini (“Əl-Hilal”) və Kristian Quançonu (“Əl-Şabab”) qabaqlayıb.
2024/25 mövsümündə Benzema çempionatda 29 oyunda iştirak edib, 21 qol vurub və 9 məhsuldar ötürmə verib.
