Alkaras imicini dəyişdi – VİDEO
Dünya reytinqinin iki nömrəsi, ispan tennisçi Karlos Alkaras 2025-ci il Fransa Açıq çempionatının ikinci tur matçı öncəsi imicini dəyişib.
Aut.az xəbər verir ki, Alkaras macarıstanlı Fabian Marozsanla oyundan əvvəl başının aşağı ətrafını daz qırxıdırıb.
Mötəbər yarışın hazırkı çempionunun Parisə gəlişinin videosunu “Rolan Qarros”un mətbuat xidməti sosial şəbəkələrdə yayıb.
