Azərbaycan futbolu

“Neftçi”dən ayrıldığını təsdiqlədi

Bir müddət əvvəl vətəninə qayıdan braziliyalı müdafiəçi Yuri Matias “Neftçi” ilə yollarını ayırdığını rəsmən təsdiqləyib.

Aut.az xəbər verir ki, “Uirapuru Jaguaribana”ya açıqlama verən Matias bunları bildirib:

“Bəli, Portuqaliya, İran, Rumıniya və Azərbaycan karyeramdan sonra Braziliyaya qayıtmışam. İndi ailəmlə qısamüddətli istirahətə çıxacam. Yalnız bundan sonra gələcək haqqında düşünəcəm”.

Xatırladaq ki, 30 yaşlı stoper 2022/2023 mövsümünün əvvəlindən “Neftçi”nin formasını geyinir və müqavilə müddəti gələn ayın sonunda başa çatır.