Tennis

“Rolan Qarros”da əfsanənin şərəfinə mərasim – FOTO

“Rolan Qarros”da turnirin 14 qat çempionu Rafael Nadalın şərəfinə təntənəli mərasim keçirilib.

Aut.az xəbər verir ki, mərasimə ailəsi ilə qatılan Nadal korta çıxarkən göz yaşlarına boğulub. Onun həyat yoldaşıd a göz yaşlarını saxlaya bilməyib.

Mərasimdə tennisçilər İqa Sviatek, Karlos Alkaras və Xuan Karlos Ferrero da iştirak ediblər.

İspaniyalı tennisçi 2024-cü ildə karyerasını bitirib.

Rafael Nadal Fransa Açıq Çempionatında ən çox qələbə qazanan tennisçidir. Ümumilikdə Nadal karyerası ərzində 92 titul qazanıb, o cümlədən 22 “Böyük Dəbilqə” çempionluğu. O, 2008-ci il Pekin və 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunlarında tək və qoşa yarışlarda qalib olmaqla ikiqat Olimpiya çempionudur.

“Rolan Qarros”da əfsanənin şərəfinə mərasim – FOTO

“Rolan Qarros”da əfsanənin şərəfinə mərasim – FOTO

Aut.az