Növbəti mövsümdə “Liverpul”un planı: Radikal dəyişikliklər olacaq?
“Liverpul”un baş məşqçisi Arne Slot növbəti mövsüm üçün klubun planları ilə bağlı sualı cavablandırıb.
Aut.az xəbər verir ki, niderlandlı mütəxəssisin fikrincə, “qırmızı-qaralar”ın oyununda köklü dəyişikliklər gözləməyə dəyməz.
“Xeyr, yəqin ki, heç bir köklü dəyişiklik görməyəcəksiniz, çempionluğu qazandığımızı nəzərə alsaq, bu, qəribə olardı. Amma əlimizdə olan heyətlə daha da yaxşı ola bilərik. Yeni oyunçuları cəlb edə bilsək, yəqin ki, onların keyfiyyətlərinə uyğunlaşmalı olacağıq. Amma radikal bir şey gözləmək lazım deyil. Mən yenicə başa çatan mövsümdə gördüyünüz oyun tərzinə üstünlük verirəm”, – Slott deyib.
Xatırladaq ki, 2024/2025 mövsümünün sonunda “Liverpul” İngiltərə Premyer Liqasının qalibi olub.
Aut.az
