Kateqoriyasız

Rusları Olimpiadaya buraxmadılar: Əfsanə sevinir

Çexiya xokkeyinin əfsanəsi, olimpiya çempionu Dominik Qaşek Rusiya xokkey yığmasının 2026-cı il Olimpiya turnirinə buraxılmaması qərarından məmnun qalıb.

Aut.az xəbər verir ki, Beynəlxalq Buzlu Xokkey Federasiyasının (IIHF) prezidenti Luk Tardif Rusiya yığmasının Olimpiadaya buraxılmayacağını açıqlayıb.

“Əgər bu son qərardırsa, o zaman bu, bütün demokratik dünya və insan həyatı hər hansı (hətta ən gözəl) oyundan daha vacib olan bütün insanlar üçün əla xəbərdir. Bu qərar bir çox insanın həyatını xilas edə bilər”, – Qaşek “X” sosial şəbəkəsində yazıb.

Aut.az