Gənclərlə dil tapdı deyə…
“Komo” U-19 gənclər komandasının baş məşqçisi Sesk Fabreqas İtaliya təmsilçisinin əsas komandasını çalışdıracaq.
Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
B seriyasında mübarizə aparan klubun rəhbərliyi peşəkar futbolçu karyerasını bu yay “Komo”da başa vuran Fabreqasa etimad göstərmək qərarına gəlib. Onun gənclər komandasındakı işi rəhbəliyi qane edib. Bu təcrübədən sonra “Komo” idarəçiliyinin Seskə həvalə edilməsi qərara alınıb.
Fabreqas üçün bu, onun əsas komandanın baş məşqçisi kimi ilk təcrübəsi olacaq.
Qeyd edək ki, “ağ-qrımızılar” liqada keçirdiyi 12 matçdan sonra 21 xalla 7-ci pillədə qərarlaşıb.
