Almaniya

İrəliləyiş var: “Bayer” baş məşqçi məsələsini həll edir

“Bayer” Erik ten Haq ilə danışıqlarda irəliləyiş əldə edib.

Aut.az xəbər verir ki, Bundesliqa klubu niderlandlını yeni baş məşqçi təyin etmək niyyətindədir.

“Mançester Yunayted” sabiq çalışdırıcısı bu həftə birbaşa əlaqə saxladıqdan sonra işə başlamağa tam hazır olduğunu bildirib. Bu barədə insayder Fabritsio Romano məlumat verib.

Xatırladaq ki, Xabi Alonso mövsümün sonunda Leverkuzen klubundan ayrılır.

Aut.az