Mahir Emreli: “Bu mövsüm daha çox oynamaq və qol vurmaq istəyirəm”
“”Kayzerslautern”də çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli cari mövsümdə daha çox qol vurmaq istədiyini bildirib.
Aut.az xəbər verir ki, 28 yaşlı futbolçu bu barədə “Der-betze-brennt” nəşrinə açıqlamasında deyib. Zədəsini sağaldandan sonra yaşıl meydana qayıdan Emreli çətin dövrdən keçdiyini söyləyib:
“Əvvəla, son bir neçə ay ərzində reabilitasiya müddətimdə mənə kömək edən və dəstək olan hər kəsə təşəkkür etmək istəyirəm. İndi özümü 85-90 faiz formada hiss edirəm və motivasiyam yüz faizdir. Bu mövsüm daha çox oynamaq və qol vurmaq istəyirəm”.
Emreli ötən gün 2-ci Bundesliqada “Proyssen”ə (Münster) qalib gəldikləri (3:2) səfər matçının 88-ci dəqiqəsində meydana çıxıb. O, 2025-ci ilin noyabrında zədələndiyi üçün uzun müddət oynaya bilməyib.
