Fransa Özbəkistanla heç-heçə etdi
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.
Aut.az xəbər verir ki, B qrupunun II turunda Fransa yığması Özbəkistan ilə üz-üzə gəlib.
Milli Gimnastika Arenasında gerçəkləşən qarşılaşma qollu bərabərliklə başa çatıb – 3:3.
Fransızlar ilk görüşdə Çadı məğlub edib – 1:0. Özbəkistan millisi isə Rumıniyaya 1:2 hesabı ilə uduzub.
Bu gün, saat 16:30-da B qrupunda daha bir görüş – Çad – Rumıniya qarşılaşması baş tutacaq.
Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.
