LGBT-ni kompromisə çağırdı, tənqid olundu
Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli LGBT üzvlərinin tənqidinə tuş gəlib.
Aut.az xəbər verir ki, Ceymc dünya çempionatına ev sahibliyi edəcək Qətərə hörmət göstərməyin vacib olduğu ilə bağlı çağırış etmişdi:
“Qətər rəhbərliyi ilə ölkəyə səfər etmək və dünya çempionatını izləmək niyyətində olan LGBT azarkeşləri haqqında danışmışam. Azarkeşlərin təhlükəsiz olmasını istəyirik. Belə azarkeşlər Qətərə dünya çempionatına ev sahibliyi edən ölkə kimi hörmət etməlidirlər. Qətərlilər 2022-ci il dünya çempionatında bütün istiqamətlərin nümayəndələrinin özlərini rahat hiss etmələri üçün çalışırlar. Bütün tərəflər güzəştə getməlidir”
Onun bu çağırışı ictimaiyyət tərəfindən birmənalı qəbul edilməyib. Rəqəmsal texnologiya, mədəniyyət, media və idman katibi Lyusi Pauell deyib:
“Hökumət FİFA-ya meydan oxumalıdır, çünki azarkeşləri bu vəziyyətə salan məhz bu qurumdur. Bütün azarkeşlərin tam təhlükəsizliyini təmin etmək və ayrı-seçkilik yaradan dəyərləri qorumaq lazım deyil”.
Daha əvvəl Qətərdə LGBT icmasına dəstək aksiyasına görə saxlanılan ingilis hüquq müdafiəçisi Piter Tetçel də Kleverlinin açıqlamasına reaksiya verib:
“Nazirin Qətər hakimiyyəti tərəfindən törədilən sui-istifadə hallarını vurğulamaq imkanı var. Yalnız LGBT icmasının üzvləri deyil, bütün azarkeşlər turniri boykot etməlidir”.
Aut.az
