Türkiyəİtaliya

“Qalatasaray”a qayıdır, amma plana daxil deyil

İtaliyalı yarımmüdafiəçi Nikolo Zaniolo bu yay “Qalatasaray”a qayıdacaq.

Aut.az xəbər verir ki, bu barədə Nikolo Şira məlumat yayıb.

Zaniolo cari mövsümün ikinci yarısını icarə əsasında “Fiorentina”da keçirir. Razılaşmada satınalma opsionu var, lakin Florensiya klubu onu aktivləşdirməmək qərarına gəlib.

25 yaşlı yarımmüdafiəçi mövsümün ilk yarısını icarə əsasında İtaliyanın digər klubu “Atalanta”da keçirib. Ümumilikdə, bu mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 36 matçda 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

Zaniolonun “Qalatasaray”la müqaviləsi 2027-ci ilin yayına qədərdir və İtaliya millisinin keçmiş oyunçusunun transfer dəyəri 16 milyon avro olaraq qiymətləndirilir. Lakin yarımmüdafiəçi Türkiyə klubunun da planlarına daxil deyil.

Aut.az