Türkiyə

SOCAR Türkiyə klubuna sponsorluq edəcək – Görüşdülər

Azərbaycanın neft şirkəti olan SOCAR Türkiyənin “Trabzonspor” klubunun sponsoru ola bilər.

Aut.az xəbər verir ki, bu barədə “Ajansspor” məlumat yayıb. Bildirilir ki, “qaradənizlilər”in yeni prezidenti Ərtoğrul Doğan “SOCAR Türkiyə”nin yeni rəhbəri Elçin İbadov ilə görüşüb və bu məsələ ətrafında danışıqlar aparıb. İbadovun “Trabzonspor” azarkeşi olması bu məsələdə böyük rol oynayır.

Tərəflər arasında danışıqların davam etdiyi və müzakirələr zamanı müsbət məqamların ortaya çıxdığı bildirilir.

Qeyd edək ki, bir neçə gün öncə ötən mövsümün Türkiyə çempionu olan “Trabzonspor”un rəhbərliyində, həm də məşqçi heyətində ciddi dəyişiklik baş verib.