Coşqun Diniyev oynadı?
Azərbaycanlı futbolçu Coşqun Diniyevin formasını geyindiyi “Ümraniyespor” Türkiyə I Liqasında növbəti oyununu keçirib.
Aut.az xəbər verir ki, “Ümraniyespor” “Erzurum BB” ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə yekunlaşıb.
Cosqun oyuna start heyətində başlayıb və 87-ci dəqiqədə əvəz edilib.
“Ümraniyespor” 19 xalla 10-cu sıradadır. “Erzurum BB” isə 19 xalla 9-cu pillədə qərarlaşıb
