Dünya futbolu

Ronaldo penaltini vura bilmədi, yazdı ki… – FOTO

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Pro Liqasının 33-cü turunda “Əl-Xalidj” üzərindəki qələbədən sonra sosial şəbəkədə paylaşım edib.

Aut.az xəbər verir ki, matçın gedişində penaltini dəqiq yerinə yetirə bilməyən futbolçu oyundan gülümsəyən fotosunu yayımlayıb və bu sözləri yazıb:

“O axşamlardan biri idi ki, top sadəcə qapıya girmək istəmirdi… Nəhayət ki, yolunu tapana qədər”.

Qeyd edək ki, matçın 65-ci dəqiqəsində, hesab 0:0 olarkən, 40 yaşlı ulduz penaltidən yararlana bilməyib. Buna baxmayaraq, Kriştiano ikinci hissəyə əlavə olunmuş 7-ci dəqiqədə daha bir 11 metrlik zərbəni dəqiq yerinə yetirərək oyunda yekun hesabı müəyyənləşdirib – 2:0.

Ronaldo penaltini vura bilmədi, yazdı ki... - FOTO